İngiltərə Liqa Kubokunun final matçında “Arsenal” və “Mançester Siti” komandaları üz-üzə gəlib. Londondakı məşhur “Uembli” stadionunda baş tutan həlledici görüş “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyunun taleyi ikinci hissədə həll olunub. Matçın 60-cı dəqiqəsində Niko O'Rayli hesabı açaraq “Mançester Siti”ni önə keçirib. Cəmi dörd dəqiqə sonra, 64-cü dəqiqədə gənc istedad dublunu rəsmiləşdirərək komandasının qələbəsini sığortalayıb. “Arsenal”ın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Bu qələbə ilə “Mançester Siti” tarixində doqquzuncu dəfə bu titula sahib çıxıb.
Xatırladaq ki, cari mövsümdə Premyer Liqanın beşinci turunda qarşılaşan bu iki komanda 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Liqa Kubokunun ötənilki qalibi isə finalda “Liverpul”u 2:1 hesabı ilə üstələyən “Nyukasl” olmuşdu.
