Azərbaycan millisinin və Amerikanın “Kolumbus Kryu” klubunun futbolçusu Nəriman Axundzadə “Major League Soccer” (MLS) debütü ilə bağlı təəssüratlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm çempionatın beşinci turu çərçivəsində keçirilən “Toronto” ilə görüşün 88-ci dəqiqəsində meydana daxil olub.
Gərgin keçən qarşılaşma “Toronto”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşsa da, bu matç gənc futbolçumuzun okeanın o tayındakı karyerasında ilk rəsmi addımı kimi tarixə düşüb. Nəriman Axundzadə sosial şəbəkə hesabında debütü ilə bağlı fotolar paylaşaraq azarkeşlərinə təşəkkür edib.
Qeyd edək ki, Nəriman Axundzadə qış transfer pəncərəsində Ağdamın “Qarabağ” klubundan “Kolumbus Kryu”ya transfer olunub. Onun ABŞ təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
