İngiltərədə final həyəcanı: “Arsenal” və “Mançester Siti” kubok uğrunda

22 Mart 2026 12:01
77
İngiltərədə final həyəcanı: “Arsenal” və “Mançester Siti” kubok uğrunda

Bu gün, martın 22-də İngiltərə Liqa Kubokunun final matçı keçiriləcək. Londonun məşhur “Uembli” stadionunda “Arsenal” və “Mançester Siti” klubları üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə saat 20:30-da başlayacaq qarşılaşmanı baş hakim Piter Benks idarə edəcək.

Həlledici oyun öncəsi komandaların son beş rəsmi görüşündəki nəticələri təqdim edirik:

21 sentyabr 2025 “Arsenal” - “Mançester Siti” - 1:1
2 fevral 2025 “Arsenal” - “Mançester Siti” - 5:1
22 sentyabr 2024 “Mançester Siti” - “Arsenal” - 2:2
31 mart 2024 “Mançester Siti” - “Arsenal” - 0:0
8 oktyabr 2023 “Arsenal” - “Mançester Siti” - 1:0

Statistikaya nəzər salsaq, son beş qarşılaşmada “topçular”ın üstünlüyü diqqət çəkir. London təmsilçisi bu oyunların ikisində qalib gəlib, üç matçda isə heç-heçə qeydə alınıb. “Şəhərlilər” isə bu rəsmi görüşlərin heç birində rəqibini məğlub edə bilməyib.

İdman.Biz