Bir ayaqlı qapıçı sosial şəbəkələrin qəhrəmanına çevrildi - VİDEO

20 Mart 2026 23:59
163
Bir ayaqlı qapıçı sosial şəbəkələrin qəhrəmanına çevrildi

Futbolda qeyri-adi hadisə baş verib. Bir ayağı olmayan gənc qapıçı meydançaya çıxaraq nümayiş etdirdiyi oyunla diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, o, əvvəlcə qoltuqağaclarını kənara qoyub, daha sonra isə tullanaraq qapını qoruyub və bir neçə çətin zərbəni dəf etməyi bacarıb.

Onun bu performansı sosial şəbəkələrdə böyük maraq doğurub və qısa müddətdə geniş yayılıb.

İstifadəçilər qapıçının əzmkarlığını yüksək qiymətləndirərək onu “əsl qəhrəman” adlandırıblar.

Həmin görüntüləri təqdim edirik:

İdman.Biz