Braziliya futbol millisinin baş məşqçisi Karlo Ançelotti 2026 Dünya Çempionatı ərəfəsində keçiriləcək yoldaşlıq oyunları üçün heyəti açıqlayıb.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Maraqlıdır ki, “Santos”un hücumçusu və millinin tarixində ən çox qol vuran futbolçu Neymar yenidən siyahıya daxil edilməyib.

Qapıçılar: Alisson Beker (“Liverpul”), Bento Matteus Krepski (“Əl-Nəsr”), Ederson Moraes (“Fənərbağça”).
Müdafiəçilər: Aleks Sandro (“Flamenqo”), Qleyson Bremer (“Yuventus”), Danilo Luis da Silva (“Flamenqo”), Duqlas Santos (“Zenit”), Qabriel Maqalyaynş (“Arsenal”), Rocer İbanyes (“Əl-Əhli”), Leo Pereyra (“Flamenqo”), Markinyos (PSJ), Uesli Fransa (“Roma”).
Yarımmüdafiəçilər: Andrey Santos (“Çelsi”), Kazemiro (“Mançester Yunayted”), Danilo (“Botafoqo”), Fabinyo (“Əl-İttihad”), Qabriel Sara (“Qalatasaray”).
Hücumçular: Endrik (“Lion”), Qabriel Martinelli (“Arsenal”), İqor Tyaqo (“Brentford”), Luis Enrike (“Zenit”), Mateus Kunha (“Mançester Yunayted”), Rafinya (“Barselona”), Rayan Kristi (“Bornmut”), Vinisius Junior (“Real Madrid”), Joao Pedro (“Çelsi”).
