İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Mikel Arteta gənc istedad Maks Douman haqqında artan suallara və onun ətrafında yaranan böyük marağa münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Arteta gənc oyunçunun qeyri-adi istedad olduğunu qəbul etsə də, medianın ona həddindən artıq fokuslanmasının faydalı olmadığını deyib. Baş məşqçi Doumanın yaşını nəzərə almağın vacibliyinə diqqət çəkib.
“Əgər mənə Maks Douman haqqında 15 sual verilsə... bu, həqiqətən kömək etmir. Gəlin sadəcə temperaturu aşağı salaq və bu yaşda olan bir uşaq üçün ən yaxşısının nə olduğunu anlayaq. O, fenomenal bir iş görür, bunu hamımız bilirik”, - deyə Mikel Arteta bildirib.
Qeyd edək ki, cəmi 15 yaşı olan Maks Douman artıq “Arsenal”ın U-18 komandasında debüt edib və Çempionlar Liqasının gənclər turnirində qol vuran ən gənc futbolçu kimi tarixə düşüb.
