İsveçrədə 128 ildən sonra əldə edilən ilk çempionluq - VİDEO

3 May 2026 23:02
169
İsveçrədə 128 ildən sonra əldə edilən ilk çempionluq - VİDEO

İsveçrə futbolunda əsl möcüzə baş verib və “Lester”in İngiltərə Premyerliqasındakı məşhur uğuruna bənzər bir hekayə yaşanıb.

İdman.Biz xəbər verir ki, ötən mövsüm ölkənin yüksək liqasında belə çıxış etməyən “Tun” komandası, cəmi bir il ərzində bütün rəqiblərini böyük xal fərqi ilə qabaqlayaraq çempionluq qazanıb.

Bu, klubun 128 illik tarixində əldə etdiyi ilk çempionluqdur. Xüsusi diqqət çəkən məqam odur ki, komanda rəqib qapılarından digərləri ilə müqayisədə çox daha çox top keçirib.

Mövsümün əsas qəhrəmanları olan ən yaxşı bombardirlər isə hələ ikinci diviziyada komandanın şərəfini qoruyan futbolçulardır.

Beləliklə, “Tun” aşağı liqadan gələrək ilk ildəcə İsveçrə çempionu olmaqla dünya futbolunda nadir rast gəlinən nəticələrdən birinə imza atıb.

İdman.Biz