“Bavariya” “Santyaqo Bernabeu”ya görə UEFA-ya müraciət etdi

17 Mart 2026 13:35
80
“Bavariya” “Santyaqo Bernabeu”ya görə UEFA-ya müraciət etdi

Almaniyanın “Bavariya” klubu Çempionlar Liqasının 1/4 final oyunu ərəfəsində UEFA-ya müraciət edib.

İdman.Biz xəbər verir ki, münhenlilər “Real Madrid” klubundan “Santyaqo Bernabeu” stadionunun damını bağlamamaq tələbini irəli sürüb.

Klub rəhbərliyi hesab edir ki, qapalı dam stadionda həddindən artıq səs-küylü və dözülməz atmosfer yaradır. Bu amilin onların oyununa mənfi təsir edə biləcəyindən narahatdırlar.

Qeyd edək ki, “Bavariya”nın Çempionlar Liqasında 1/4 finala yüksəlməyi artıq heç kimdə şübhə doğurmur və bu mərhələ Almaniya klubunun “Real Madrid”lə qarşılaşmaq ehtimalı yüksəkdir.

İdman.Biz