Azərbaycan Birinci Liqasının pley-off mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Birinci Liqanın 27-ci turunda səfərdə “Cəbrayıl”a 3:2 hesabı ilə qalib gələn “Şimal” xallarının sayını 20-yə çatdıraraq 9-cu sıraya yüksəlib.
Bununla da komanda sonuncu pillədən qurtularaq çempionatda qalmaq şansını saxlayıb.
Xaçmaz təmsilçisi cari mövsüm İkinci Liqanı ikinci sırada başa vuran “Qaradağ Lökbatan”la pley-off görüşündə qarşılaşacaq.
Bir matçdan ibarət olan qarşılaşmada qələbə qazanan tərəf 2026/2027 mövsümündə Birinci Liqada çıxış etmək hüququ qazanacaq.
MOİK-lə qarşılaşan “Difai” isə sonuncu turda rəqibinə 0:4 hesabı ilə uduzaraq turnir cədvəlinin ən axırıncı pilləsinə - 10-cu yerə enib və Birinci Liqanı tərk edib.
