Pedro Netu cəzalandırıldı: Bir oyunluq diskvalifikasiya və böyük məbləğdə cərimə

14 Mart 2026 12:19
117
Pedro Netu cəzalandırıldı: Bir oyunluq diskvalifikasiya və böyük məbləğdə cərimə

“Çelsi”nin hücumçusu Pedro Netu İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən cəzalandırılıb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının 28-ci turunda “Arsenal”a qarşı keçirilən və 1:2 hesabı ilə başa çatan oyunda qeyri-idman hərəkətinə görə bir oyunluq diskvalifikasiya olunub və 70 min funt sterlinq (təxminən 158 min manat) məbləğində cərimələnib.

Belə ki, Netu matçın 70-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydanı vaxtında tərk etməyib və hakimə qarşı təhqiramiz ifadələr işlədib. Futbolçu sonradan günahını etiraf edib.

Müstəqil intizam komissiyası dinləmədən sonra bu sanksiyaları tətbiq edib və qərarın yazılı əsaslandırmasının daha sonra dərc olunacağı bildirilib.

İdman.Biz