İranın qadınlardan ibarət futbol yığması və məşqçi heyəti Malayziyadan vətənə dönmək üçün son uçuşa yola salınıb. Lakin heyətin hava limanına gətirilməsi və təyyarəyə minməsi zamanı gərgin anlar yaşanıb.
İdman.Biz xəbər verir ki, futbolçular və məşqçilər Malayziyada olduqları müddətdə sıx nəzarət altında olublar. Onların hava limanına müşayiəti zamanı oyunçuların gərginliyi diqqətdən yayınmayıb.
Həmin vaxt Malayziyada yaşan iranlılardan iki nəfər komanda üzvlərinə yaxınlaşaraq Əfsanə Çatrenuru axtardığı görünür. Onlar Əfsanənin anasının narahat olduğunu, vəziyyətin xeyli ciddiliyi söyləyir, onun qalmasını və UNİSEF-in yardım edəcəyini bildirirlər. Amma kimsə onların bu sözünə reaksiya vermir.

Qeyd edək ki, futbolçular Avstraliyada keçirilən Asiya Kuboku oyunu öncəsi dövlət himnini oxumaqdan imtina etdikdən sonra İran dövlət televiziyasında “xain” adlandırılıblar. Bundan sonra komanda üzvlərindən beş nəfər komandanın düşərgəsini gizli şəkildə tərk edərək polis müşayiəti ilə Brisbane şəhərinə aparılıblar və burada humanitar viza əldə ediblər.

