İngiltərənin “Arsenal”, “Mançester Siti” və “Mançester Yunayted” futbol klubları “Komo”nun vingeri Xesus Rodriqeslə maraqlanır.
İdman.Biz xəbər verir ki, İngiltərənin aparıcı klubları 20 yaşlı ispaniyalı futbolçunun çıxışını diqqətlə izləyir və yaxın transfer pəncərələrində onun uğrunda mübarizəyə qoşula bilərlər.
“Komo” futbolçusunu təxminən 55 milyon avro dəyərində qiymətləndirir. Rodriqesin klubla müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
İspaniyalı vinger cari mövsüm A Seriyasında 23 oyunda iştirak edib, bir qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.
