“Sabah”ın futbolçusu: “Qəbələ” ilə matçda həzz alırdıq”

11 Mart 2026 16:21
69
“Sabah”ın futbolçusu: “Qəbələ” ilə matçda həzz alırdıq”

“Sabah”ın heyətində 100-cü oyunumda qol vurdum. Bu, möhtəşəm hissdir”.

Bu sözləri “Sabah”ın futbolçusu Cesse Sekidika deyib.

29 yaşlı hücumçu komandasının heyətində yubiley topunun müəllifi olmasından danışıb.

“Açığı, qol vuranda bunun neçənci qarşılaşmam olduğunu bilmirdim. Amma bu klub üçün 100-cü oyunda qol vurmaq möhtəşəm hissdir. “Qəbələ” ilə matçda hamı meydanda oyundan həzz alırdı. Qarşılaşmadan sonra paltardəyişmə otağında ab-hava yaxşıdır. Baxın, oynayan oyunçular da, ehtiyatdan meydana daxil olan futbolçular da hamı bir komanda kimidir və bizim üçün hazırda ən vacib olan budur”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, ötən gün baş tutan “Sabah” “Qəbələ” matçı meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb. 7:1.

İdman.Biz