Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” turnirin oyunlarının biletləri satışa çıxarılıb.
İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya millilərinin iştirakı ilə gerçəkləşəcək turnirin martın 27-də baş tutacaq ilk matçlarına bilet satışı iticket.az saytı vasitəsilə həyata keçirilir.
Azarkeşlər saat 15:00-da, “Dalğa Arena”da keçiriləcək Oman - Syerra Leone, 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq Azərbaycan - Sent Lüsiya görüşlərinə bilet ala bilərlər.
