Ağasəlim Mircavadov: “Onu tanımıram, ancaq xeyir-dua verə bilərəm” - MÜSAHİBƏ

11 Mart 2026 15:45
98
Ağasəlim Mircavadov: “Onu tanımıram, ancaq xeyir-dua verə bilərəm” - MÜSAHİBƏ

Azərbaycanın U-20 millisinin “sükanı” Rui Jorgeyə tapşırılıb. Portuqaliyalı mütəxəssis son olaraq 2010-2025-ci illərdə ölkəsinin U-21 yığmasına rəhbərlik edib.

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov R.Jorgenin təyinatı haqqında futbolpress.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

– Ağasəlim müəllim, U-20 yığması Rui Jorgeyə tapşırıldı. Təyinatla bağlı fikirləriniz nədir?

– Nə olsun? Xeyir-dua verə bilərəm.

– Uzun illərdə ölkəsinin yığmasında çalışıb. Sizcə, uğurlu seçimdir?

– Nə deyim? Mən tanımıram. Klublarda işləməyib. Ancaq saytlardan da oxudum ki, ölkəsinin komandasında çalışıb.

– Azərbaycanın aşağı yaş komandalarında problemlər var. Rui Jorge yaxşı komanda formalaşdıra biləcək?

– İşləsin, sonra biləcəyik. Yerli futbolçuların durumu göz qabağındadır. Uzun müddət Portuqaliyanın U-21 yığmasına rəhbərlik edibsə, deməli, nəsə yaxşı iş görə bilir.

– Yerli mütəxəssislər qala-qala onun təyinatı yerində qərardırmı?

– Bu başqa mövzudur. Danışmaq istəmirəm. İndiki məqamda ona ancaq xeyir-dua verə bilərəm.

İdman.Biz