“Sumqayıt” - “Şamaxı” oyununa giriş biletsiz olacaq - VİDEO

11 Mart 2026 15:33
129
“Sumqayıt” - “Şamaxı” oyununa giriş biletsiz olacaq - VİDEO

13 mart tarixində futbol üzrə Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt” - “Şamaxı” matçı keçiriləcək.

İdman.Biz-in əldə etdiyi məlumata görə, oyunu izləyən azarkeşlər stadiona biletsiz daxil ola biləcəklər.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Görüş saat 20:30-da başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” 32 xalla turnir cədvəlində altıncı, “Şamaxı” isə 27 xalla səkkizinci pillədə qərarlaşıb.

İdman.Biz