Ramil Şeydayevin komandasından növbəti qələbə

Xəbərlər
28 Dekabr 2023 17:58
152
Ramil Şeydayevin komandasından növbəti qələbə

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev formasını geyindiyi “Buriram” Tailand çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onlar 16-cı tur çərçivəsində “Praçuap”ın qonağı olub.

Qarşılaşma Ramilin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şeydayevin adı ötən matçda olduğu kimi yenə iştirak ərizəsinə daxil edilməyib.

Bu qələbədən sonra “Buriram” xalını 27-yə yüksəldib və 4-cü pillədəki yerini qoruyub.

Qeyd edək ki, Şeydayevin klubu növbəti oyununu gələn il yanvarın 6-da “Banqkok Utd”yə qarşı keçirəcək.

İdman.biz

Məqalədə: