Musa Qurbanlı: “Ümumi çıxışım məni tam qane etmir” - VİDEO

9 Mart 2026 11:28
137
Musa Qurbanlı: “Ümumi çıxışım məni tam qane etmir” - VİDEO

“Ümumi çıxışım hələ ki, məni tam qane etmir. Üzərimdə işləməli çox məqam var. Amma nə qədər çox oynasam və komandaya fayda versəm, bu, məni bir o qədər sevindirər. Öz işimi görməyə, üzərimdə işləməyə və komandaya daha çox fayda verməyə çalışıram. Xarici klublara gedişimlə bağlı hələ ki, heç bir danışıq və ya konkret fikir olmayıb. Gələcəkdə nə olacağını zaman göstərəcək”.

Bunu “Qarabağ”ın futbolçusu Musa Qurbanlı deyib.

Misli Premyer Liqasının 23-cü turunda “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etdikləri görüşdə qol müəllifi olan 24 yaşlı hücumçu fikirlərini belə şərh edib.

“Maraqlı və bolqollu qarşılaşma oldu. Belə oyunlara ehtiyacımız var idi ki, bir-birimizi daha yaxşı hiss edək. Əsas olan qələbə idi”, - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.

O, qarşıdakı hədəflərindən də söz açıb: “Əlbəttə ki, məqsədim “Qarabağ”ın əsas heyət üzvlərindən biri olmaqdır. Hər bir futbolçunun məqsədi ilk “11-lik”də meydana çıxmaqdır. Mənim də futbolçu kimi məqsəd və prinsiplərim budur ki, yaxşı formaya düşüm, komandaya daha çox fayda verim və əsas oyunçulardan biri olum. Düşünürəm ki, daha çox əziyyət çəksəm və məqsədimə doğru çalışaraq irəliləsəm, Allah da mənə köməkedəcək”.

İdman.Biz