Azər Bağırov: “Mənə elə gəlir ki, biz iki xal itirdik”

Azər Bağırov: “Mənə elə gəlir ki, biz iki xal itirdik”

“Yaxşı komandaya qarşı oynadıq. “Zirə”də illərin oturuşmuş heyəti var. Rəqibin güclü tərəflərini futbolçulara demişdik”.

İdman.Biz bildirir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 23-cü turunda “Zirə” ilə 2:2 hesablı heç-heçədən sonra deyib.

“Maraqlı oyun alındı. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra toparlandıq. Daha dəqiq oynamağı bacarsaydıq, sonuncu dəqiqədə qələbəni əldən verməzdik. Əfsuslar olsun. Önümüzə baxacağıq. Qarşıda çətin oyunlarımız var.

Son saniyələrdə qol buraxdığımızı nəzərə alsaq, mənə elə gəlir ki, biz 2 xal itirdik”, - Bağırov bildirib.

İdman.Biz