Bu gün futbol üzrə Misli Premyer Liqasının 23-cü turunda “Neftçi” “Turan Tovuz”la oyuna əsas itki ilə çıxacaq.
İdman.Biz xəbər verir ki, komandaya Mustafa Sek dəstək ola bilməyəcək.
İspaniyalı sol cinah müdafiəçisi cəzalı vəziyyətdədir.
20 yaşlı futbolçu bu mövsüm “ağ-qaralar”ın heyətində 23 rəsmi oyunda iştirak edib.
Qeyd edək ki, matç saat 20:30-da başlayacaq. “Neftçi” 31 xalla turnir cədvəlində yeddinci, “Turan Tovuz” isə 41 xalla üçüncü pillədədir.
