“Dinamo”nun “qara siyahısı”

Xəbərlər
28 Dekabr 2023 17:39
363
“Dinamo”nun “qara siyahısı”

Zaqrebin “Dinamo” klubunda qış fasiləsində komandadan göndərilə biləcək futbolçuların adları bəlli olub.

İdman.biz Xorvatiya mətbuatına istinadən xəbər verir ki, “qara siyahı”da 4 oyunçunun adı yer alıb.

Bunlar Luka Menalo, Sadeq Moharrami, Marko Bulat və Robert Lyubiçiçdir.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” 17 oyundan sonra 41 xalla Xorvatiya çempionatında üçüncü pillədə qərarlaşıb.

Emin Ağa
İdman.biz

Məqalədə: