“Buxar Sumqayıt” Avropa Kubokunda ilk qələbəsini qazandı

27 Sentyabr 2026 17:34
93
“Buxar Sumqayıt” Avropa Kubokunda ilk qələbəsini qazandı

Azərbaycanın “Buxar Sumqayıt” minifutbol komandası Avropa Minifutbol Federasiyasının (EMF) Avropa Kubokunda ikinci oyununu keçirib.

İdman.Biz xəbər verir ki, İspaniyanın Kambrils şəhərində təşkil olunan turnirdə Azərbaycan təmsilçisi Çexiyanın “Abus Kastro” komandası ilə qarşılaşıb.

“Buxar Sumqayıt” rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Komandamızın qollarını 17-ci dəqiqədə Murad Hüseynov və 29-cu dəqiqədə Emil Həsənzadə vurublar.

Beləliklə, “Buxar Sumqayıt” turnirdə ikinci oyununda ilk qələbəsini qazanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk matçında Polşanın “Aldaç 442 Sport Pub” komandasına 2:4 hesabı ilə məğlub olmuşdu.

İdman.Biz