“İmişli” yoxlama oyununda “Araz-Naxçıvan”ı məğlub etdi

27 Sentyabr 2026 18:18
76
“İmişli” yoxlama oyununda “Araz-Naxçıvan”ı məğlub etdi

“İmişli” futbol klubu “Araz-Naxçıvan”la yoxlama oyunu keçirib.

İdman.Biz xəbər verir ki, görüş 3:1 hesabı ilə “İmişli”nin qələbəsi ilə başa çatıb.

Qalib komandanın qollarını Azər Salahlı, Xəlil Mürsəlli və Françisko Morais vurublar.

“İmişli” növbəti yoxlama oyununu oktyabrın 3-də keçirəcək. Komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Şəfa” ilə qarşılaşacaq.

İdman.Biz