Azərbaycan U-21 millisinin Şotlandiya ilə oyununa norveçli hakimlər təyin olundu

27 Sentyabr 2026 16:28
103
Azərbaycan U-21 millisinin Şotlandiya ilə oyununa norveçli hakimlər təyin olundu

21 yaşadək futbolçardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Şotlandiya ilə keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.

İdman.Biz UEFA-nın məlumatına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi norveçli Matiyas Stöfrinqshauq olacaq.

Ona yan xətlərdə Erland Hareland və Edvard Helgerud kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mohammad Usman Aslam yerinə yetirəcək.

Azərbaycan U-21 millisi Şotlandiya ilə sentyabrın 30-da Kilmarnokdakı “Reqbi Park” stadionunda qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə son oyununda Çexiya ilə 1:1 hesablı heç-heçə edib. Komandamızın qolunu Eşqin Əhmədov vurub.

İdman.Biz