Polşa millisinin İsveçə səfəri zamanı futbolçuların azarkeşlərlə davranışı müzakirələrə səbəb olub.
İdman.Biz “Przegląd Sportowy”ə istinadən xəbər verir ki, komandanın qaldığı otelin qarşısında 35-40 azarkeş, o cümlədən uşaqlar futbolçuları gözləyib. Lakin yığma üzvlərindən yalnız Robert Levandovski, Timoteuş Puxaç və Mixal Skuraş fanatların yanına gedərək onlarla ünsiyyət qurublar.
Mənbənin məlumatına görə, azarkeşlərə yaxınlaşan futbolçular avtoqraf veriblər. Digər futbolçular isə həmin an fürsətdən istifadə edərək fanatların yanından keçiblər. Bu, uzun müddət soyuq havada gözləyən azarkeşlərin narazılığına səbəb olub.
Azarkeşlərdən biri uşaqlarla gələn insanların futbolçuların bir neçə dəqiqə dayanmasını gözlədiyini bildirib. Digər fanatlar isə mart ayında da oxşar vəziyyət yaşandığını xatırladıblar.
Polşa millisi UEFA Millətlər Liqasında əvvəlki görüşündə Bosniya və Herseqovina ilə 0:0 hesablı heç-heçə edib. Komanda növbəti matçını bazar ertəsi İsveçə qarşı keçirəcək.
Qeyd edək ki, Timoteuş Puxaç hazırda Azərbaycanın “Sabah” klubunun formasını geyinir. O, Bakı təmsilçisi ilə 2025/26 mövsümündə Azərbaycan çempionu olub.
