Həmvətənlərimiz millimizi dəstəkləmək üçün Kaunasa gəldilər - İDMAN.BİZ LİTVADAN + VİDEO

27 Sentyabr 2026 16:33
94
Həmvətənlərimiz millimizi dəstəkləmək üçün Kaunasa gəldilər - İDMAN.BİZ LİTVADAN + VİDEO

Azərbaycan futbol millisinin Litva ilə UEFA Millətlər Liqasında keçirəcəyi ilk oyun ərəfəsində yığmamıza dəstək vermək üçün həmvətənlərimiz Kaunasa gəliblər.

İdman.Bizin Litvaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, müxtəlif şəhər və ölkələrdən gələn azərbaycanlı azarkeşlər qarşılaşmanın keçiriləcəyi Kaunas şəhərindəki S.Daryus və S.Girenas stadionu qarşısında bir araya gəliblər.

Qeyd edək ki, Litva - Azərbaycan görüşü bu gün Kaunasda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İdman.Biz