Kaunasda şəhidlərin xatirəsi yad edildi - FOTO

27 Sentyabr 2026 14:40
74
Kaunasda şəhidlərin xatirəsi yad edildi - FOTO

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqası çərçivəsində səfərdə Litva yığmasının qonağı olacaq.

İdman.Biz xəbər verir ki, Kaunasda oyun öncəsi AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, komanda üzvləri, məşqçi və texniki heyəti, eləcə də AFFA-nın əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

İdman.Biz