"Çelsi" qış transfer pəncərəsi üçün planları bəlli olub.
İdman.biz xəbər verir ki, London klubu qapıçı, sağ cinah müdafiəçisi və hücumçu mövqeyini gücləndirmək niyyətindədir.
“Aristokratlar” ilk növbədə “Aston Villa”nın müdafiəçisi Metti Keşi almağı düşünür. İngilis futbolçuya Ris Ceymsə əvəzləyici kimi baxılır. Hücumçu mövqeyində isə "Napoli" və "İnter"in forvardları Viktor Osimhen və Lautaro Martines nəzərdən keçirilir.
"Çelsi" rəhbərliyi "Atletik"in qapıçısı Unai Simoneni klubun bir nömrəsinə uyğun namizəd kimi görürlər. Bununla yanaşı, paytaxt təmsilçisi“Valensiya”nın qapıçısı Giorgi Mamardaşvilini də izləyirlər.
Qeyd edək ki, londonlular 19 turdan sonra 25 xalla Premyer Liqada 10-cu pillədə qərarlaşıb.
İdman.biz