“Barselona”da növbəti itki: Mark Bernal San-Mamesdə meydanı yarımçıq tərk edib

8 Mart 2026 12:32
104
“Barselona”da növbəti itki: Mark Bernal San-Mamesdə meydanı yarımçıq tərk edib

İspaniyanın “Barselona” futbol komandasının La Liqanın son turunda “Atletik” üzərində qazandığı 1:0 hesablı qələbə itkisiz ötüşməyib. Komandanın gənc istedadı Mark Bernal qarşılaşmanın fasiləsində əvəzlənib.

İdman.Biz ESPN nəşrinə istinadla xəbər verir ki, 18 yaşlı futbolçunun meydanı tərk etməsinə səbəb şiddətli mədə ağrıları və həzm problemləri olub. Hazırda Bernalın vəziyyətinin nə dərəcədə ciddi olduğu dəqiq bilinmir. Onun Barselonaya qayıtdıqdan sonra tibbi müayinədən keçəcəyi gözlənilir.

Qeyd edək ki, zədəli olan Frenki de Yonqun yoxluğunda mərkəz yarımmüdafiəsində əsas simalardan birinə çevrilən Bernal bu mövsüm göstərdiyi performansla Hansi Flikin etimadını qazanıb. Martın əvvəlində “Atletiko” ilə keçirilən kubok matçında dubl edən gənc oyunçu komandanın rotasiyasında vacib fiqur hesab olunur.

Bernalin növbəti həftə Çempionlar Liqasında keçiriləcək “Nyukasl”la matça qədər sağalacağı hələlik sual altındadır.

İdman.Biz