Nəriman Axundzadə ABŞ-yə yollanıb

8 Mart 2026 13:21
105
Nəriman Axundzadə ABŞ-yə yollanıb

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə tranfer olunduğu "Kolambus Kryu" klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-yə yollanıb.

İdman.Biz xəbər verir ki, bu barədə report.az-a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib.

Forvard bu səhər yola düşüb. Futbolçu Amerika klubu ilə bir ay əvvəl razılığa gəlsə də, o, iş icazəsinin yubanması səbəbindən komandanın düşərgəsinə qoşula bilmirdi.

N.Axundzadə Bakı vaxtı ilə sabah səhər saatlarında ABŞ-də olacaq.

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

İdman.Biz