İspaniya La Liqasının 25-ci turunda “Real” səfərdə “Selta”nı 2:1 hesabı ilə məğlub etsə də, matçda məhsuldar ötürmə ilə yadda qalan Arda Güler hələ də medianın tənqid hədəfidir.
İdman.Biz xəbər verir ki, İspaniyanın tanınmış jurnalistlərindən olan Xuanma Rodriqes Ardanın səviyyəsinin əsas heyət üçün kifayət etmədiyini iddia edib.
O, gənc ulduzun Tiyaqo Alkantara ilə müqayisədə zəif olduğunu bildirib:
“Son oyunda gördüklərimizə əsasən deyə bilərəm ki, Tiyaqo mütləq “Real”ın ilk 11-ində yer almalıdır. O, Arda Gülerdən öndədir. Arda hələ yaxşı deyil, sahədə itib-batır. Həmçinin, Valverde yenidən cinah müdafiəsinə qayıtmalı, Trent Aleksander-Arnold isə ehtiyat skamyaya çəkilməlidir”.
