Edeqorun niyə oynamadığı məlum oldu

1 Mart 2026 22:09
44
Edeqorun niyə oynamadığı məlum oldu

İngiltərə Premyer Liqasının kritik matçında “Çelsi”ni qəbul edən “Arsenal”da gözlənilməz itki baş verib. Komandanın kapitanı Martin Edeqor “Emireyts” stadionunda keçirilən London derbisinin heyətinə daxil edilməyib.

İdman.Biz xəbər verir ki, həftə boyu məşqlərdə iştirak edən və “Tottenhem”lə son matçda meydana çıxan 26 yaşlı pleymeykerin qarşılaşmada ilk 11-likdə yer alacağı gözlənilirdi. Lakin matçın başlamasına bir saat qalmış onun adının protokolda olmaması azarkeşlər üçün böyük şok yaradıb.

Mikel Arteta məsələ ilə bağlı açıqlama verərək, norveçli futbolçunun dizindəki zədənin hələ də tam sağalmadığını bildirib:

“Təəssüf ki, Martin hələ də dizindəki zədə səbəbindən özünü tam rahat hiss etmir. Biz də tibbi heyətlə birlikdə onu riskə atmamaq qərarına gəldik”.

Qeyd edək ki, Martin Edeqor cari mövsümdə müxtəlif zədələr səbəbindən artıq 15 oyunu kənarda qalıb. Onun yoxluğu çempionluq mübarizəsi aparan “topçular” üçün ciddi zərbə hesab olunur.

İdman.Biz