Premyerliqa: “Tottenhem” məğlum oldu, “Fulhem” evində üç xal qazandı - YENİLƏNİR + VİDEO

1 Mart 2026 20:14
123
Premyerliqa: “Tottenhem” məğlum oldu, “Fulhem” evində üç xal qazandı - YENİLƏNİR + VİDEO

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində “Fulhem” öz meydanında “Tottenhem”i qəbul edib. “Kreyven Kottec” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun yeddinci dəqiqəsində Harri Uilson hesabı açaraq meydan sahiblərini önə çıxarıb. 34-cü dəqiqədə isə Aleks Ayvobi “Fulhem”in üstünlüyünü iki topa çatdırıb.

İkinci hissədə təzyiqi artıran “Tottenhem” 66-cı dəqiqədə Rişarlisonun vurduğu qolla fərqi minimuma endirsə də, qalan vaxtda tarazlığı bərpa edə bilməyib.

Bu nəticədən sonra xallarını 40-a çatdıran “Fulhem” turnir cədvəlinin doqquzuncu pilləsində möhkəmlənib. Cari mövsümdə uğursuz çıxışını davam etdirən “Tottenhem” isə 29 xalla 16-cı yerdə qərarlaşıb.

“Fulhem” “Tottenhem” Premyer Liqa Rişarlison Aleks Ayvobi

20:05

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Mançester Yunayted” - “Kristal Palas” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun qonaqların sürətli qolu ilə başlayıb. Dördüncü dəqiqədə Maksans Lakrua “Kristal Palas”ı hesabda irəli çıxarıb. Lakin oyunun gedişatında Lakrua həm də antirekordçu olub. 56-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulan müdafiəçi komandasını azlıqda qoyub.

Yaranan fürsətdən dərhal istifadə edən “Mançester Yunayted” bir dəqiqə sonra, 57-ci dəqiqədə Brunu Fernandeşin penaltini dəqiq yerinə yetirməsi ilə tarazlığı bərpa edib. Qələbə qolunu isə 65-ci dəqiqədə Benyamin Şeşko rəqib qapısından keçirib.

Bu qələbədən sonra xallarını 51-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Kristal Palas” isə 35 xalla 14-cü yerdədir.

Növbəti turda Mançester təmsilçisi martın 4-də “Nyukasl”la qarşılaşacaq. London klubu isə bir gün sonra “Tottenhem”i sınağa çəkəcək.

Paralel keçən "Brayton" - "Nottinqem Forest" oyununda da üç qol vurulub. Altıncı dəqiqədə meydan sahibləri Diyeqo Qomezin qolu ilə hesabı açıb. 13-cü dəqiqədə Morqan Qibs bərabərlik qolunu vurub. 15-ci dəqiqədə isə meydan sahibləri Danni Velbekin qolu ilə hesabı 2:1 edib. oyun bu hesabla da başa çatıb.

Bu hesabdan sonra "Brayton" xallarını 37-yə çatdıraraq turnir cədvəlində 11-ci pilləyə yüksəlir. "Nottinqem Forest" isə 27 xalla 17-cidir.

İdman.Biz