İtaliya A Seriyasının 27-ci turu çərçivəsində keçirilən “Kremoneze” - “Milan” matçı qonaqların çətin qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunun taleyi yalnız son dəqiqələrdə həll olunub. Görüşün 90-cı dəqiqəsində müdafiəçi Strahinya Pavloviç hesabı açıb.
Meydan sahiblərinin bərabərlik qolu üçün irəli atıldığı vaxtda - 90+4-cü dəqiqədə “Milan” əks-hücumda ikinciqolu vurub. Sonradan meydana daxil olan Kristofer Nkunku ötürməsi ilə portuqaliyalı ulduz Rafael Leaunu qapıçı ilə üz-üzə qoyub və o, son nöqtəni qoyub - 2:0.
Bu qələbədən sonra “Milan” 57 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider “İnter”lə xal fərqi 10-dur. “Kremoneze” isə 24 xalla 17-ci sırada yer alıb.
