Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “İmişli” ilə üz-üzə

1 Mart 2026 09:20
69
Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “İmişli” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 22-ci turu iki oyunla başa çatacaq. Günün il matçında "Turan Tovuz" "İmişli"ni qəbul edəcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma Azersun Arenada baş tutacaq.

Oyun saat 16:30-da başlayacaq. “Turan Tovuz” 40 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. 20 xala malik “İmişli” isə doqquzuncudur.

Misli Premyer Liqası
İkinci dövrə, 22-ci tur
1 mart (bazar)
16:30. “Turan Tovuz” - “İmişli”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Azersun Arena.

İdman.Biz
Məqalədə: