Abdulla Zubir: “Bilirəm ki, “Sabah”a qalib gəlməliyik”

1 Mart 2026 10:51
151
Abdulla Zubir: “Bilirəm ki, “Sabah”a qalib gəlməliyik”

“Qarabağ”ın kapitanı Abdulla Zubir futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunun “Sabah”a qarşı keçiriləcək qarşıdan gələn oyunu ilə bağlı gözləntilərini bölüşüb.

İdman.Biz xəbər verir ki, fransalı vinger turnir cədvəlində yüksək mövqelər uğrunda mübarizədə qələbənin vacibliyini vurğulayıb.

“Bilirəm ki, qalib gəlməliyik. Hazırda liqada rəqiblərlə mübarizə gedir və biz ikinci pillədəyik. Qələbə qazanmağa çalışacağıq”, - deyə sportinfo.az Zubirin sözlərindən sitat gətirib.

İdman.Biz