Səudiyyə Ərəbistanı futbol çempionatının 24-cü turu “Əl-Nəsr” üçün qələbə ilə başa çatsa da, komandanın kapitanı Kriştianu Ronaldu üçün uğurlu olmayıb.
İdman.Biz xəbər verir ki, “Əl-Feyha” ilə səfər matçına (3:1) start heyətində başlayan 41 yaşlı hücumçu oyunu sona qədər davam etdirə bilməyib. Qarşılaşmanın 81-ci dəqiqəsində sağ ayağında problem yaranan portuqaliyalı ulduz məcburi şəkildə əvəzlənib.
Təcrübəli forvard oyunun gedişində penaltini də dəqiq yerinə yetirə bilməyib - onun zərbəsi qapıdan yan keçib. Buna baxmayaraq, “Əl-Nəsr” üç xal qazanaraq qələbəni bayram edib.
Qeyd edək ki, paytaxt təmsilçisi növbəti oyununu martın 4-də səfərdə “Əl-Vəsl”ə qarşı keçirəcək. Ronaldunun həmin matçda iştirak edib-etməyəcəyi hələlik sual altındadır.
