Bəhlul Mustafazadə əməliyyat olunub

1 Mart 2026 17:16
65
Bəhlul Mustafazadə əməliyyat olunub

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə cərrahiyyə əməliyyatı keçirib.

İdman.Biz Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la oyununda zədə alıb.

Oyunçunun sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində problemlər yarandığı üçün əməliyyat olunmasına qərar verilib.

Gözlənilir ki, Mustafazadə təxminən 3-4 həftədən sonra həkim nəzarəti altında bərpa prosesinə başlayacaq.

İdman.Biz