İkinci Liqada “Ayın qolu” layihəsi çərçivəsində dekabr ayının qalibi mükafatlandırılıb. “Quba” futbol klubunun üzvü Ramin Məhərrəmov ayın ən yaxşı qolunun müəllifi seçilib.
İdman.Biz xəbər verir ki, mükafatlandırma mərasimi İkinci Liqanın 16-cı turu çərçivəsində keçirilən “Quba” - “Kür-Araz” qarşılaşmasından əvvəl baş tutub. Peşəkar Futbol Liqasının (PFL) Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev xüsusi mükafatı qalib futbolçuya təqdim edib.
