“Qarabağ” - “Sabah” oyunundakı gərginliyin səbəbi məlum oldu - VİDEO

1 Mart 2026 21:39
194
“Qarabağ” - “Sabah” oyunundakı gərginliyin səbəbi məlum oldu - VİDEO

Misli Premyer Liqasının 22-ci turunun “Qarabağ” - “Sabah” oyununda (3:3) qalmaqalın səbəbi bəlli olub.

İdman.Biz xəbər verir ki, hadisə matçın sonlarında texniki zonada baş verib.

Bu epizodla bağlı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bir neçə dəfə rəqib düşərgəyə narazılığını bildirib.

Əldə etdiyimiz xəbərə görə, hadisəyə səbəb “Sabah”ın məşqçilərindən birinin “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest etməsi səbəb olub.

İdman.Biz