Superliqa: “Gənclərbirliyi” və “Kayserispor” xalları böldülər

1 Mart 2026 19:52
99
Superliqa: “Gənclərbirliyi” və “Kayserispor” xalları böldülər

Türkiyə Superliqasının 24-cü turu çərçivəsində keçirilən “Gənclərbirliyi” - “Kayserispor” matçında qalib müəyyənləşməyib. “Eryaman” stadionunda baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, bu nəticə hər iki klubun yeni baş məşqçiləri üçün əlamətdar olub. “Gənclərbirliyi”nin sükanı arxasında ikinci oyununa çıxan Levent Şahin paytaxt təmsilçisi ilə ilk xalını qazanıb. “Kayserispor”un yeni çalışdırıcısı Erlinq Moe isə Türkiyə çempionatındakı debüt matçında bir xalla kifayətlənib.

Gərgin keçən mübarizədə hər iki tərəfin fərqlənmək imkanları olsa da, qapıçılar və müdafiə xətti səhvsiz oynayıb. Bu bərabərlikdən sonra “Gənclərbirliyi” xallarını 24-ə yüksəldərək 12-ci pilləyə yüksəlib, “Kayserispor” isə 20 xalla 17-cidir.

Növbəti turda “Gənclərbirliyi” səfərdə “Alanyaspor”un qonağı olacaq. “Kayserispor” isə öz meydanında Fatih Tekkenin rəhbərlik etdiyi və turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Trabzonspor”u qəbul edəcək.

İdman.Biz