Bu epizoda görə arvad ərini bıçaqladı - VİDEO

24 Fevral 2026 13:36
111
Bu epizoda görə arvad ərini bıçaqladı - VİDEO

İtaliyada “Napoli” azarkeşinin futbol sevgisi onun ağır yaralanması və ailəsinin dağılması ilə nəticələnib. “Atalanta” ilə matçı izləyən fanatın ləğv edilən qola verdiyi emosional reaksiya qanlı hadisəyə səbəb olub.

İdman.Biz xarici KİV-ə istinadla xəbər verir ki, sevimli komandasının qolu ləğv edildikdən sonra qəzəblənən kişi hakimin ünvanına ağır söyüşlər söyməyə başlayıb. Lakin həmin vaxt otaqda olan həyat yoldaşı bu təhqirlərin ona ünvanlandığını düşünüb.

Vəziyyət sürətlə gərginləşib və qadın ərinə qarşı aqressiya nümayiş etdirib. O, əvvəlcə kişiyə qayçı ataraq evdən rədd olmasını tələb edib. Azarkeş evi tərk etməkdən imtina etdikdə isə qadın mətbəx bıçağına əl atıb. Atılan bıçaq kişinin qarın nahiyəsinə sancılıb.

Ağır yaralanan azarkeş dərhal təcili yardıma zəng edib. Hadisənin dəhşətli tərəfi odur ki, kişi yardım çağırdığı müddətdə də qadın ona müxtəlif kəsici-deşici alətlər atmağa davam edib.

Hadisə yerinə gələn tibbi briqada yaralını xəstəxanaya çatdırıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Cinayəti törədən qadın isə polis tərəfindən həbs edilib.

İdman.Biz