Eddi Hau: “Sabahkı oyunda qalib gəlməliyik”

23 Fevral 2026 21:26
118
Eddi Hau: “Sabahkı oyunda qalib gəlməliyik”

“Heyətimizə baxacağıq və güclü bir komanda seçməyə çalışacağıq. Oyunu qazanmaq istəyirik, bu, ilk hədəfdir”.

İdman.Biz-in məlumatına görə, bunu “Nyukasl”ın baş məşqçisi Eddi Hau “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis görüşə yaxşı hazırlaşdıqlarını bildirib.

“Qarabağ”la ilk oyunda nəticədən çox şey asılı idi, amma mənim üçün ən əsas göstərdiyimiz performans, davranış və istək idi. Bu, mümkün qədər yaxınlaşmağımızı istədiyim səviyyədir. Qarşılaşmanın əvvəlindən sonuna qədər üstünlük bizim tərəfimizdə oldu. Düşünürəm ki, bu mövsüm ən yüksək səviyyəli oyunumuzu məhz “Qarabağ”a qarşı keçirmişik.

İlkin hədəfimiz bu idi, 1/8 finala çıxmaq istəyirdik. Sonra isə o mərhələyə çatanda hər şey ola bilər.
Sabahkı oyunda qalib gəlməliyik. Sabahkı matça hazırıq”, - Hau deyib.

“Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə başlayacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

İdman.Biz