“Qarabağ” İngiltərəyə yola düşüb - FOTO/VİDEO

23 Fevral 2026 22:42
102
“Qarabağ” İngiltərəyə yola düşüb - FOTO/VİDEO

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün İngiltərəyə səfər edib.

İdman.Biz-in məlumatına görə, Ağdam klubu bu xəbəri rəsmi sosial media səhifəsində açıqlayıb və komandanın gedişinin foto və video görüntülərini paylaşıb.

Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda “Nyukasl” Ağdam klubunu 6:1 hesabı ilə məğlub edib.

Oyun sabah Nyukasl-apon-Tayn şəhərindəki “Sent-Ceyms Park” stadionunda Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

İdman.Biz