“Torino” Marko Baronini istefaya göndərərək onun yerinə Roberto D'Aversanı təyin edib

23 Fevral 2026 23:11
106
“Torino” Marko Baronini istefaya göndərərək onun yerinə Roberto D'Aversanı təyin edib

İtaliyanın “Torino” klubu baş məşqçi Marko Baroninin istefaya göndərildiyini açıqladı.

İdman.Biz bildirir ki, klub onun yerinə Roberto D'Aversanı təyin edib. 50 yaşlı mütəxəssis əvvəllər “Empoli”, “Leççe”, “Sampdoria” və “Parma” komandalarını çalışdırıb. D'Aversa klubla 30 iyun 2026-cı ilə qədər müqavilə imzalayıb.

26 oyundan sonra “Torino” 27 xalla A Seriyasında 15-ci yerdədir. Komanda İtaliya liqasında son səkkiz oyunundan yalnız birində “Leççe” üzərində 1:0 hesablı qələbə qazanıb.

Növbəti 27-ci turda "Torino" Romanın “Latsio” komandası ilə qarşılaşacaq. 26 oyundan sonra “İnter” 64 xalla A Seriyasında turnir cədvəlinə başçılıq edir.

İdman.Biz