“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines zədə səbəbindən İngiltərə Premyer Liqasının 27-ci turunda “Everton”a qarşı keçiriləcək oyunu buraxacaq.
İdman.Biz bu barədə “The Athletic”ə istinadən bildirir.
Mənbənin məlumatına görə, oyunçunun baldırından zədə alıb və “Everton”a qarşı oyunu buraxması, təxminən iki həftə oynaya bilməyəcəyi gözlənilir. Bu, Martinesin 2022-ci ildən bəri altıncı zədəsidir və zədələr fevral-aprel ayları arasında baş verib.
Argentinalı futbolçu bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 15 oyunda meydana çıxıb. Komanda hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində beşinci yerdədir.
