Bukmekerlərin “Nyukasl” - “Qarabağ” matçı haqqında proqnozu məlum olub

23 Fevral 2026 20:55
112
Bukmekerlərin “Nyukasl” - “Qarabağ” matçı haqqında proqnozu məlum olub

Fevralın 24-də Nyukasl-apon-Tayn şəhərindəki “Sent-Ceyms Park” stadionunda “Nyukasl” və “Qarabağ” arasında Çempionlar Liqası pley-off mərhələsinin ikinci oyunu keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

İdman.Biz bildirir ki, ilk oyunda “sağsağanlar” Ağdam klubunu 6:1 hesabı ilə məğlub ediblər.

Bukmekerlər ikinci oyunda ev sahibi komandaya üstünlük verirlər. “Nyukasl”ın qələbəsi üçün 1.12 əmsal təklif edir.

“Qarabağ”ın qələbəsi 13.0, heç-heçə isə 11.7 əmsalla qiymətləndirilir.

Analitiklər oyunun yüksək qollu nəticəsinə əmindirlər.

İdman.Biz