“Barselona” azarkeşlərinə müjdə: Qavi qayıdır - FOTO/VİDEO

20 Fevral 2026 17:57
67
“Barselona” azarkeşlərinə müjdə: Qavi qayıdır - FOTO/VİDEO

“Barselona”nın və İspaniya millisinin istedadlı yarımmüdafiəçisi Qavi uzunmüddətli fasilədən sonra komanda ilə məşqlərə qayıdıb.

İdman.Biz xəbər verir ki, gənc futbolçu ötən ilin avqust ayından bəri ilk dəfə bu gün kollektivlə birlikdə hazırlıq prosesində iştirak edib. Ağır zədəsini tam sağaldan ispan ulduzun fiziki durumunun qənaətbəxş olduğu bildirilir.

Məlumata görə, Qavi təxminən 2-3 həftə sonra rəsmi oyunlarda meydana çıxa biləcək. Onun dönüşü həm azarkeşlər, həm də komandanın baş məşqçisi üçün böyük sevincə səbəb olub.

İdman.Biz
Məqalədə: