“Qarabağ” Nigeriyadan iki oyunçu gətirir

20 Fevral 2026 19:03
79
“Qarabağ” Nigeriyadan iki oyunçu gətirir

“Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyevin Nigeriyada bəyəndiyi 8 oyunçudan 2-si Azərbaycana gələcək.

İdman.Biz bildirir ki, bu barədə AZƏRTAC-a funksionerin özü məlumat verib.

O bildirib ki, “Obasa Cup” turnirində bəyəndiyi iki nigeriyalı oyunçu yaxın zamanda Akademiyanın bazasında olacaq: “Bu gün hər iki oyunçunun sənədlərini hazır etmişik. Amma həmin futbolçuların Azərbaycana hansı tarixdə gələcəkləri bəlli deyil”.

İdman.Biz