Bu gün Misli Premyer Liqasının 21-ci turun ikinci oyununda “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, saat 19:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Fərid Hacıyev idarə edəcək.
Turnir cədvəlində “Sumqayıt” 30 xalla beşinci, “Qəbələ” isə 14 xalla onuncu yerdədir.
Misli Premyer Liqası
İkinci dövrə, 21-ci tur
20 fevral (cümə)
19:30. “Sumqayıt” - “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura fevralın 22-də yekun vurulacaq.
